Dünya

Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"

31 Oct 2026, 15:56 4 baxış
Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. Oxu.Az xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb: "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzində hələ heç vaxt qadın federal prezident olmayıb". Onun fikrincə, hazırda hər kəs dövlət başçısı vəzifəsinə qadının seçilməsi vaxtının çatıb-çatmadığı barədə düşünməlidir. Keçmiş kansler bu posta layiq olan qadın siyasətçiləri tanıdığını qeyd etsə də, onların adlarını açıqlamaqdan imtina edib. Nəzərə çatdıraq ki, 2027-ci ilin yanvar ayının 30-da Almaniya dövlətinin növbəti rəhbərini seçmək məqsədilə xüsusi orqan olan Federal Məclis toplanacaq. Həmin qurum 1 260 nümayəndədən ibarətdir, onların tən yarısı Bundestaqın deputatları, digər yarısı isə federal əyalətlərin parlamentləri tərəfindən irəli sürülmüş seçicilərdir. Xatırladaq ki, Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer iki müddət ardıcıl olaraq bu vəzifəni icra etdiyi üçün yenidən öz namizədliyini irəli sürə bilməz.
Mənbə oxu.az

Oxşar Xəbərlər