Dünya

Xamenei orduya İrana qarşı yönələn istənilən təhdidə dərhal cavab vermək barədə göstəriş verib

31 Oct 2026, 16:00 3 baxış
Xamenei orduya İrana qarşı yönələn istənilən təhdidə dərhal cavab vermək barədə göstəriş verib
Düşmən tərəfindən gələn hər hansı bir təhlükəyə İran Silahlı Qüvvələri tərəfindən heç bir coğrafi məhdudiyyət qoyulmadan dərhal və təsirli şəkildə cavab verilməlidir. Oxu.Az-ın məlumatına görə, bu barədə İranın Ali lideri Müctəba Xamenei silahlı qüvvələrin ali komandanlığı ilə keçirdiyi görüşdə müvafiq göstəriş verib. "İnqilabın Ali dini lideri qərara alıb ki, təhlükənin hər bir səviyyəsi və növü coğrafi hüdudlar nəzərə alınmadan dərhal, həmçinin effektiv şəkildə dəf edilməlidir", - deyə Ali Liderin dəftərxanasının yaydığı bəyanatda qeyd olunur. Məlumata əsasən, Ali lider rəqiblərlə qətiyyətli qarşıdurma üçün döyüş hazırlığını "maksimum çəkindirmə"nin ilkin şərti kimi səciyyələndirib. Öz növbəsində, hərbi komandirlər ölkənin Silahlı Qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazı, Oman körfəzi və sərhəd bölgələrində hazır olduqları barədə məruzə ediblər. Həmçinin sursatların, kəşfiyyat, dəstək və döyüş tətbiqi vasitələrinin istehsalının dəfələrlə artdığı bildirilib. Ali lider bəyan edib ki, əgər rəqib yenidən hərbi və ya terror hücumlarına əl atarsa, müharibənin bitmə vaxtını və şərtlərini yalnız İran ordusu və xalqı müəyyən edəcək. "Əgər düşmənlər bir daha hərbi və ya terror hücumlarına başlasalar, onların başa çatması vaxtını və şərtlərini məhz İslam Respublikasının Silahlı Qüvvələri, eləcə də İran xalqı təyin edəcək", - deyə açıqlamada qeyd olunur. Xamenei eyni zamanda hədəflər bankının yenilənməsi barədə də göstəriş verib. Bu yenilənmə ABŞ və İsrailin maddi, eləcə də qeyri-maddi aktivlərinin İran Silahlı Qüvvələrinin zərbə radiusunda olmasını təmin etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər