Cəmiyyət

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

31 Oct 2026, 00:13 2 baxış
Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Ermənistanın insan hüquqları üzrə müvəkkili Anait Manasyan dövlət qurumlarının nümayəndələrini, siyasətçiləri, ictimai xadimləri, kütləvi informasiya vasitələrini və ictimai müzakirələrin digər iştirakçılarını milli və ya etnik mənsubiyyətdən təhqir və insan ləyaqətini alçaltmaq vasitəsi kimi istifadə etməməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətinin bəyanatında bildirilib.


Bəyanatda qeyd olunub ki, türk, rus, kürd, yezidi, köçəri və milli və ya etnik mənsubiyyəti ifadə edən digər sözlərin təhqir və ya insan ləyaqətini alçaltmaq məqsədilə işlədilməsi yolverilməzdir.


Ombudsmanın fikrincə, insanın milli və ya etnik mənsubiyyəti mənfi xüsusiyyət kimi təqdim edilə və kimisə gözdən salmaq üçün istifadə oluna bilməz.


Bildirilib ki, bu cür ritorika müvafiq milli və ya etnik qrupa zərər vurur, mənfi stereotipləri və qərəzli münasibətləri gücləndirir. Anait Manasyan vurğulayıb ki, siyasi mübahisələr, fikir ayrılıqları və ya kiməsə qarşı tənqid milli mənsubiyyət zəminində təhqiramiz, ayrı-seçkilik yaradan və nifrəti qızışdıran ifadələrə haqq qazandıra bilməz.


Ombudsman ictimai müzakirələrin bütün iştirakçılarını bu cür ifadələrdən çəkinməklə yanaşı, onların yayılmasına qarşı fəal mübarizə aparmağa çağırıb.


Qeyd edək ki, daha öncə Şirak vilayətinin qubernatoru sosial şəbəkələrdə Güclü Ermənistan Partiyasının nümayəndələrinin Gümrünü şəhər günü münasibətilə təbrik etməsinə cavab olaraq, “Gümrü sizin “Aşağı Tabornuz” deyil, gümrülülər isə sizin “ivanlarınız” deyil” ifadəsini işlədib.

Mənbə axar.az

Oxşar Xəbərlər