Dünya

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

31 Oct 2026, 01:34 2 baxış
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalma tam olaraq tərəfdaşlar və müttəfiqlər tərəfindən maliyyələşdiriləcək. Tədarükə "PAC-3" üçün ehtiyat hissələri, habelə maddi-texniki və proqram təminatının digər müvafiq elementləri daxil ediləcək. Ukrayna raketlərin haqqını Kanada, Almaniya və Norveçin vəsaitləri, habelə Avropa İttifaqının krediti hesabına ödəyəcək. "Bu sövdələşmədə ABŞ vəsaitləri cəlb olunmayıb", - deyə sənəddə vurğulanır. Raketləri Ukraynaya Pentaqonun əsas podratçılarından biri olan "Lockheed Martin" şirkəti tədarük edəcək. Vaşinqton administrasiyası qəbul edilmiş qərar barədə artıq Konqresi məlumatlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər