Cəmiyyət
Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü Zirvə Görüşündəki çıxışını Dədə Qorqudun məşhur duaları ilə bitirib.
Axar.az xəbər verir ki, Ərdoğan aşağıdakı duaları edib:
- Qara dağların yıxılmasın!
- Kölgəli böyük ağacın kəsilməsin!
- Coşqun axan görklü suyun qurumasın!
- Çapar ikən ağ-boz atın büdrəməsin!
- Vuruşanda qara polad qılıncın kütləşməsin!
- Ağ saqqallı babanın yeri cənnət olsun, ağ birçəkli ananın yeri cənnət olsun!
- Axır sonu saf imandan ayırmasın!
- Qədir Mövlam səni namərdə möhtac eləməsin!
Mənbə
axar.az