İdman
"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi
Türkiyə Superliqasında 10-cu tura start verilib.
Axar.az xəbər verir ki, turun açılış qarşılaşmasında “Konyaspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Qarşılaşma İstanbul klubunun 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran “Qalatasaray” liderliyini möhkəmləndirib. “Konyaspor” isə 8 xalla 15-ci pillədə qərarlaşıb.
Mənbə
axar.az