İdman

"Barselona"nın əfsanəsi Azərbaycan millisinin oyununu izləyib - Video

30 Oct 2026, 13:04 15 baxış
"Barselona"nın əfsanəsi Azərbaycan millisinin oyununu izləyib - Video
"Barselona"nın sabiq futbolçusu, Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksinə baş çəkib. Oxu.Az xəbər verir ki, 1994-cü ilin "Qızıl top"unun sahibi kompleksdə Azərbaycan millisinin oyununu izləyib. Qeyd edək ki, Xristo Stoiçkov "Barselona"nın heyətində dörd dəfə İspaniya çempionu olub, UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. O, 1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilib. Xatırladaq ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatını 84-cü yerdə tamamlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər