Cəmiyyət
BYD Bakının mərkəzində divara çırpıldı - Video
Bakı şəhəri, Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidləri Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) məlumat və görüntülər göndəriblər. Bildirilib ki, qəza Süleyman Rəhimov küçəsində qeydə alınıb. Belə ki, BYD markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə yerindən görüntüləri təqdim edirik:
Mənbə
oxu.az