Mədəniyyət

Xalq artisti Zaur Rzayev harada dəfn olunacaq?

30 Oct 2026, 11:46 1 baxış
Xalq artisti Zaur Rzayev harada dəfn olunacaq?
"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır". Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndənin oğlu əvvəlcə dəfn yeri və saatı ilə bağlı məlumat verəcəyini bildirsə də, sonradan nə zənglərə, nə də yazılan mesajlara cavab verməyib. Qeyd edək ki, Z.Rzayevin Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacağı ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, oktyabrın 14-də səhhəti pisləşən Xalq artisti xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib. Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərən sənətçi 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib. Zaur Rzayev 1998-ci ildə "Əməkdar artist", 2003-cü ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər