Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası başladı
Gürcüstanın Kaxetiya bölgəsinin Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan Baş nazirlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası başlayıb.
Axar.az xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Görüş çərçivəsində enerji, nəqliyyat, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional əhəmiyyətli layihələrə diqqət yetiriləcək.
Müzakirələrdə Azərbaycan və Gürcüstanın əməkdaşlığında mühüm yer tutan Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələlərinin də gündəmdə olması gözlənilir.