İdman
Azərbaycanda bu futbol klubu oyunu boykot edir
I Liqada mübarizə aparan "Mingəçevir" futbol klubunun oyunçuları “Şahdağ Qusar”la oyunu boykot etməyə hazırlaşırlar.
Axar.az xəbər verir ki, bu barədə “DS Media” Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, buna səbəb komanda üzvlərinin iki aydır maaş almamasıdır.
"Futbolçular bir neçə dəfə rəhbərliyə müraciət edərək əmək haqlarının heç olmasa bir hissəsinin ödənilməsini xahiş etsələr də, onların çağırışına cavab verən olmayıb.
Mövsüm başlayandan indiyədək nə futbolçulara, nə də məşqçi heyətinə bir qəpik də maaş verilməyib", - məlumatda qeyd olunub.
Mənbə
axar.az