Dünya

Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı

30 Oct 2026, 01:36 3 baxış
Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin XX çağırış plenumunda 33 keçmiş yüksəkvəzifəli şəxs partiya sıralarından xaric edilib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, plenum oktyabrın 26-dan 29-dək keçirilib. Partiyadan xaric edilənlər arasında keçmiş sənaye naziri Çzin Çjuanlun, Siyasi Büronun keçmiş üzvləri Ma Sinruy və Çjan Yusya, eləcə də sabiq diplomat Lyu Tszyançao da var. Agentliyin məlumatına görə, 2022-ci ildə keçirilən toplantıda təyin olunmuş 376 nümayəndədən plenumda cəmi 279-u iştirak edib. "Reuters" yazır ki, nümayəndələrin bir hissəsinin iclasda iştirak etməməsi partiya daxilində aparılan "təmizləmələrlə" əlaqəli ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər