İqtisadiyyat
Əhalinin dollara marağı azalır: Valyuta bazarında nə baş verir?
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Qeyd olunur ki, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Belə ki, 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib.
Mənbə
oxu.az