İdman
"Qalatasaray"ın gənc ulduzu Avropa nəhənglərinin hədəfində
"Qalatasaray"ın gənc ulduzu Aleksey Batrakov Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı rusiyalı oyunçunu transfer siyahısına daxil edən klubların "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Nyukasl Yunayted", "Tottenhem", "Brayton", PSJ və "Monako" olduğu bildirilir. Xəbərə əsasən, Batrakov üçün fəaliyyətə keçən ilk komanda isə "Liverpul" olub. İngiltərə nəhənginin UEFA Çempionlar Liqasının "Qalatasaray" - "Ştutqart" matçını stadiondan izləmək məqsədilə rəhbərlikdən loja istədiyi vurğulanır. Qeyd edək ki, istedadlı futbolçu mövsümün əvvəlində 25 milyon avro müqabilində "Lokomotiv Moskva"dan transfer olunub. Onun müqaviləsində 55 milyon avroluq sərbəstqalma maddəsi yer alır. Digər tərəfdən, "Qalatasaray" rusiyalı futbolçunun növbəti satışından əldə olunan mənfəətin 15 faizini də "Lokomotiv"ə verəcək.
Mənbə
oxu.az