Kriminal
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkən pilləkəndən yıxılaraq baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş R.Quliyev orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az