Kriminal
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayevin meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, 62 yaşlı kişi yıxılaraq aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az