Siyasət

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

28 Oct 2026, 22:02 2 baxış
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazir Pedro Sançesə, qurbanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı bildirirəm. Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər