Cəmiyyət
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, oktyabrın 29-da qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Ağdaş şəhərinin H.Əliyev рrospekti, Vaqif, SU-18, S.Səlimoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndində (2 806 abonent) qaz təchizatında fasilə olacaq.
Mənbə
oxu.az