Məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib.
Belə ki, 2023-cü il avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Salyan rayonunun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.