Dünya

İmad Həzqi: "Məkkə Konvensiyasının qüvvəyə minməsini necə sürətləndirməyin yollarını müzakirə olunur"

28 Oct 2026, 15:59 3 baxış
İmad Həzqi: "Məkkə Konvensiyasının qüvvəyə minməsini necə sürətləndirməyin yollarını müzakirə olunur"
"Görüş islam dövlətləri arasında korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm imkan yaratdı". Oxu.Az xəbər verir ki, bu fikirləri Tunis Respublikasının İnzibati və Maliyyə Nəzarəti Ali Komitəsinin sədri İmad Həzqi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, birlikdə Məkkə Konvensiyasının (İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizəni və hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığını tənzimləyən strateji və vahid beynəlxalq hüquqi platformadır) qüvvəyə minməsini necə sürətləndirməyin yollarını müzakirə olunub: "Eyni zamanda, korrupsiyaya qarşı mübarizə və aktivlərin geri qaytarılması sahəsində əməkdaşlıq mexanizmlərinin necə inkişaf etdirilə biləcəyini nəzərdən keçirdik. Həmçinin müxtəlif dövlətlər arasında ikitərəfli və ya çoxtərəfli səviyyədə əməkdaşlığın mümkün perspektivlərini və istiqamətlərini birlikdə müəyyənləşdirməyə çalışdıq. Bu tədbir dövlətlərə korrupsiyaya qarşı mübarizə sahəsində ən yaxşı təcrübələri bir-biri ilə bölüşmək imkanı da verdi. Bundan əlavə, yeni texnologiyalardan istifadə ilə əlaqədar dövlətlərin üzləşdiyi yeni təhlükə və təhdidlərə qarşı ən effektiv mübarizə üsulları barədə fikir mübadiləsi aparıldı. Çünki cinayətkar qruplar sanksiyalardan yayınmaq və aktivləri gizlətmək üçün yeni texnologiyalardan və süni intellektdən getdikcə daha çox istifadə edirlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər