İdman

“Real” Mbappeyə görə Çin xalqından üzr istədi

28 Oct 2026, 16:20 1 baxış
“Real” Mbappeyə görə Çin xalqından üzr istədi

İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kilian Mbappenin söylədiyi fikirlərlə bağlı baş verən hadisəyə görə Çin xalqından üzr istəyib.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.


"Real Madrid" klubu oyunçumuz Kilian Mbappenin son vaxtlar səsləndirdiyi fikirlərin Çin xalqında yarada biləcəyi hər hansı narahatlığa və ya incikliyə görə üzr istəyir. Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də "Real Madrid"ə sevgi və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə dərin hörmətlə yanaşır. Klub Kilian Mbappenin ictimai şəkildə üzr istəməsinə qoşulur. Futbolçunun özü də dediyi sözlərə görə təəssüfünü ifadə edib və Çin xalqına olan hörmətini bir daha vurğulayıb. "Real Madrid" hörmət, dinc yanaşı yaşama və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, müsahibəsi zamanı Mbappe üzünün Mao Tzedunun şəklinin üzərinə yerləşdirilmiş memi çox bəyəndiyini demişdi. Buna cavab olaraq, Çin şirkətləri futbolçu ilə reklam müqavilələrini ləğv etməyə başladılar. Çin Mərkəzi Televiziyası da (CCTV) Mbappenin iştirak etdiyi İspaniya liqası oyunlarının yayımını müvəqqəti olaraq dayandırmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər