Dünya

Paşinyan İranla danışıqlar üçün xüsusi komissiya yaratdı

28 Oct 2026, 15:52 2 baxış
Paşinyan İranla danışıqlar üçün xüsusi komissiya yaratdı
Ermənistanın baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarizasiyası və Tehranla danışıqların aparılması məqsədilə xüsusi komissiya təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında hökumətinin rəsmi saytına istinadən məlumatlar yayılıb. Komissiyaya Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin idarə rəhbəri vəzifəsini icra edən Avetik Arutyunyan rəhbərlik edəcək. Həmçinin, nümayəndə heyətinin tərkibinə Silahlı Qüvvələrinin Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin məsləhətçilərindən biri, Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı (sərhəd qoşunları idarəsinin rəisi daxil olmaqla), eləcə də Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin şöbə rəislərindən biri daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər