Siyasət

Azərbaycanda məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

28 Oct 2026, 13:24 3 baxış
Azərbaycanda məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?
"Vəzifəli şəxs şəxsi maraqlarının onun xidməti vəzifələrinin icrasına təsir göstərməsinə yol verməməli və belə təsirin yaranmasına şərait yaratmamalıdır". Oxu.Az xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb. Layihədə bildirilib ki, maraqlar toqquşmasının qarşısını almaq üçün vəzifəli şəxs aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini görməlidir: - aktivlərin özgəninkiləşdirilməsi; - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, konkret iş üzrə qərar qəbul etmə prosesində iştirakdan imtina edilməsi; - normativ hüquqi aktlarda vəzifəli şəxs üçün nəzərdə tutulmuş hər hansı məhdudiyyətə (qadağaya) zidd təklifin rədd edilməsi; - maraqlar toqquşması davam etdikdə vəzifədən azad olunması ilə bağlı müraciət edilməsi. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərin həlli, o cümlədən şəxsi maraqları üçün xidməti vəzifələrindən istifadə etməməlidir. Vəzifəli şəxsin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o cümlədən vəzifəli şəxsin başqa işə keçmə ilə əlaqədar aldığı təklif maraqlar toqquşmasına səbəb ola biləcəyi halda, vəzifəli şəxs vəzifəyə təyin edildikdə, seçildikdə, yaxud qurumu təmsil etmək üçün ona xüsusi səlahiyyət verildikdə bu Qanuna uyğun olaraq həmin maraqların xarakteri barədə bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərə məlumat verməyə borcludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər