İqtisadiyyat
Nazir müavini: "Qarabağda sakinlər elektrik enerjisi sataraq gəlir əldə edirlər"
"Azərbaycanda hazırda 1 800-ə qədər aktiv istehlakçı var. Onların 95 faizindən çoxu Qarabağdadır. Yəni Qarabağda yaşayan sakinlərimizin mütləq əksəriyyəti elektrik enerjisini özləri istehsal edir, artıq qalan hissəsini isə "Azərişığ"a sataraq gəlir əldə edirlər. Deməli, istehlakçı ehtiyacı olduğu qədər elektrik enerjisindən istifadə edəcək, artıq qalan enerjini isə "Azərişığ"a sataraq gəlir əldə edə bilər. Bu, artıq mümkündür. Yəni bu gün "ASAN xidmət"ə getsəniz və müraciət etsəniz, bu prosesi başlada bilərsiniz. Bu, dövlətimizin Qarabağda yaşıl enerji zonası çərçivəsində atdığı addımların həqiqətən də bir təzahürüdür". Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, orta hesabla ölkədə bu üsulla təxminən 8 meqavat enerji istehsal olunur: "Bu, bizim, necə deyərlər, son istiqamətlərimizdən biridir. Ona görə də burada iştirak edən həmkarlarıma da bildirmək istəyirəm ki, mənə kifayət qədər etibarlı mənbədən verilən məlumata görə, eviniz üçün bu cür sistemə investisiya qoysanız, yatırdığınız vəsait təxminən 7-8 il ərzində geri qayıdır. Bundan sonra isə artıq gəlir əldə etməyə başlayırsınız". Nazir müavini əlavə edib ki, hər bir vətəndaş - hüquqi və ya fiziki şəxs - öz həyatında, şirkətinin həyatında 150 kilovata qədər elektrik enerjisini özü istehsal edə bilər: "150 kilovat çox böyük rəqəmdir. Yəni, bu, hardasa elə bir ev yoxdur ki, o qədər enerji istehlak etsin, bu, 300 dənə günəş paneli deməkdir".

Mənbə
oxu.az
Oxşar Xəbərlər