İdman
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir
Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümündə II təsnifat mərhələsinin oyunları davam edir. Oxu.Az xəbər verir ki, bu gün mərhələ çərçivəsində beş qarşılaşma keçiriləcək. Günün ilk oyunları saat 14:00-da başlayacaq. "İmişli" "Qaradağ Lökbatan", MOİK isə "Şahdağ Qusar" komandası ilə qarşılaşacaq. Eyni vaxtda "Hypers" və "Şamaxı" da münasibətlərinə aydınlıq gətirəcək. Saat 16:00-da "Şəfa" "Ağstafa Gəncləri"ni qəbul edəcək. Günün son matçında isə saat 19:00-da "Kəpəz" və "Baku Sportinq" komandaları qarşılaşacaqlar. Azərbaycan Kuboku II təsnifat mərhələsi 28 oktyabr 14:00. "İmişli" - "Qaradağ Lökbatan" 14:00. MOİK - "Şahdağ Qusar" 14:00. "Hypers" - "Şamaxı" 16:00. "Şəfa" - "Ağstafa Gəncləri" 19:00. "Kəpəz" - "Baku Sportinq" Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
Mənbə
oxu.az