Kriminal
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala şəhər sakini, 39 yaşlı İlham Nəriman oğlu Mirzəyev Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşürmüş. İ.Mirzəyev döyüşlər zamanı yaralanaraq həlak olub. Onun nəşi oktyabrın 24-də Zaqatalaya gətirilib və dəfn olunub. İ.Mirzəyev evli olub və iki övladı var.
Mənbə
oxu.az