Cəmiyyət
Bəzi rayonlarda işıq olmayacaq
Oktyabrın 28-də Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 28-də Ağdaş və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidmət ərazilərində bir sıra 6 və 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Təmir işləri ilə əlaqədar Ağdaş şəhərində 20 Yanvar, Cəfər Cabbarlı, İstiqlal və Molla Pənah Vaqif küçələrində, 47-ci məhəllədə, Su 18 yaşayış massivində, eləcə də rayonun Aşağı Ağcayazı, Dəhnəxəlil və Yuxarı Ağcayazı kəndlərində, həmçinin Türyançay qəsəbəsinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Mingəçevirdə isə Heydər Əliyev prospekti, Aydın Məmmədov küçəsi və Şəfa bağları yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı nəzərdə tutulur.
Mənbə
oxu.az