Digər
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə CNN telekanalına iki amerikalı rəsmi bildirib.
Mənbələrin sözlərinə əsasən, ABŞ artıq mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərq regionunda kifayət qədər hərbi qüvvə yerləşdirib.
Bildirilir ki, planlaşdırılan əməliyyatların miqyası əvvəlki məhdud zərbələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Belə ki, ABŞ ordusu bu dəfə yalnız İranın radar sistemlərini, raket buraxılış qurğularını və qısa müddətdə bərpa oluna bilən digər hərbi obyektlərini hədəfə almaqla kifayətlənməyə bilər.
Mənbə
axar.az