Kriminal
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlanıb. Oxu.Az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən X.Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Anar Tağıyev
Mənbə
oxu.az