Dünya
Kaliforniyada sərxoş sürücü 30 velosipedçidən ibarət qrupu vurdu: İki nəfər öldü - Video
ABŞ-nin Kaliforniya ştatının Montkler şəhərində "Honda Accord" avtomobilini idarə edən sərxoş sürücü "Halloween" bayramı münasibətilə gecə yürüşü edən 30 nəfərlik velosipedçi qrupunu vurub və hadisə yerindən qaçıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Faciəli hadisə Kinqsli küçəsində qeydə alınıb. Güclü zərbənin təsirindən əzilmiş velosipedlər və onların qalıqları bütün yola səpələnib. Sürücü maşını saxlamayıb və yaralılardan birini avtomobilin kapotu üzərində 1.5 kilometrdən çox məsafədə sürükləyib. Qəza nəticəsində 25 yaşlı kişi hadisədən bir neçə dəqiqə sonra hadisə yerindəcə keçinib, 30 yaşlı qadın isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Daha bir velosipedçi ağır bədən xəsarətləri alıb, dördüncü zərərçəkən isə yüngül yaralandığı üçün xəstəxanaya getməkdən imtina edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi qəza yerinin yaxınlığındakı evində saxlayıblar. Onun 38 yaşlı ABŞ vətəndaşı olduğu üzə çıxıb. Qayda pozucusuna qarşı sərxoş vəziyyətdə avtomobil idarə etmə, ehtiyatsızlıqdan adam öldürmə və hadisə yerindən qaçma maddələri ilə ittihamlar irəli sürülüb. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə
oxu.az