Dünya
Tanınmış dublyaj aktyoru Erik Bauza 46 yaşında öldü
"Emmi" mükafatı laureatı, tanınmış aktyor Erik Bauza 46 yaşında vəfat edib. Los-Anceles (ABŞ) dairəsinin məhkəmə-tibbi ekspertizasının məlumatlarına görə, o, oktyabrın 25-də öz evində hipertoniya xəstəliyindən dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Karyerası ərzində Bauza ən çox tələbat olan dublyaj aktyorlarından biri kimi tanınıb. O, bir çox məşhur personajları səsləndirib. Aktyorun filmoqrafiyasına 400-dən çox iş daxildir.
Mənbə
oxu.az