Cəmiyyət
Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti: "Döşəmədə gəzəndə yıxılacağından qorxursan" - Video
"Uyğunlaşdırılmış binada fəaliyyət göstərən Cəlilabad rayonu Alar kəndi Rauf Quliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəyyən zəruri təmir və bərpa işləri aparılıb". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilib. Qeyd olunub ki, hazırda idarənin tabeliyində fəaliyyət göstərən 62 təhsil müəssisəsində təmir işləri aparılır və Bilik Günündə Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndləri, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib: "Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni təhsil müəssisələrinin tikilməsi və mövcud binaların təmiri idarənin əsas prioritet istiqamətləri sırasındadır. Vurğulayırıq ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyi bizim üçün prioritetdir. Bu istiqamətdə bütün zəruri addımlar atılır və tədrisin fasiləsizliyi təmin edilir. Adıçəkilən təhsil müəssisəsinin mövcud infrastrukturunun daha da yaxşılaşdırılması üçün dəyərləndirmələr aparılır. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir". Cəlilabad rayonunun Alar kəndində yerləşən Rauf Quliyev adına 3 saylı tam orta məktəbin acınacaqlı vəziyyətdə olması valideynlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayımlanıb.
Bildirilib ki, məktəbdə uzun illərdir əsaslı təmir işləri aparılmadığından binanın bəzi hissələri yararsız vəziyyətə düşüb. Sinif otaqlarının divarlarında müşahidə olunan dağıntılar, döşəmənin sıradan çıxması və digər problemlər təhsil müəssisəsinin ümumi vəziyyətini daha da ağırlaşdırıb. Valideynlərin sözlərinə görə, məktəbin döşəməsi o qədər yararsız vəziyyətdədir ki, onun üzərində hərəkət etmək belə təhlükəlidir. Tavanın və divarların vəziyyəti də döşəmədən geri qalmır. Məktəbdə uzun illərdir ki, heç bir təmir işləri aparılmır. "Tavan, döşəmə tamamilə yararsız vəziyyətdədir. Döşəmənin üstündə gəzəndə adam yıxılacağından qorxur. Sinif divarları uçub-tökülüb. Heç olmasa, bir quru rəng alıb çəkən də yoxdur. Uşaqlar bu vəziyyətdə dərsə gedib-gəlmək məcburiyyətindədirlər", - deyə şikayətdə vurğulanıb. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu verilib.

Mənbə
oxu.az