Dünya

Fransız Polineziyasının nümayəndəsi: "Azərbaycan bizim üçün çox yaxşı müttəfiqdir"

26 Oct 2026, 12:39 2 baxış
Fransız Polineziyasının nümayəndəsi: "Azərbaycan bizim üçün çox yaxşı müttəfiqdir"
"Azərbaycanda olmağımıza şərait yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna (BTQ) təşəkkür edirik. Bura gəlmək bizim üçün böyük şərəfdir. Bu gün biz Fransız Polineziyası və Kanakidən olan komandamızı dəstəkləmək üçün buradayıq. Azərbaycan möhtəşəm ölkədir və bizi çox heyran etdi". Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransız Polineziyasının nümayəndəsi Tauhani Leska deyib. "Bizim üçün ən böyük çətinlik beynəlxalq səviyyədə tanınmaqdır. Lakin Bakı Təşəbbüs Qrupunun dəstəyi sayəsində artıq müəyyən qədər tanınmağa başlamışıq. Bu istiqamətdə Azərbaycan bizim üçün çox yaxşı müttəfiqdir. Ümid edirik ki, bir gün Azərbaycan nümayəndələrini Fransız Polineziyasında və Kanakidə qəbul edə biləcəyik", - deyə nümayəndə vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər