Siyasət
Vəzifəsindən azad edilən Oktay Saral: "Gedib əfvimizi istəmək üçün cənab baş katibimizlə görüşəcəyik"
Türkiyə prezidentinin müşaviri Oktay Saral vəzifəsindən azad edilməsi barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə "Cümhuriyyet" məlumat yayıb. O. Saral qeyd edib ki, xüsusilə Türkiyə və Azərbaycan arasındakı strateji əlaqələri nəzərə aldıqda, siyasətdə bu cür qərarların qəbul edilməsini təbii qarşılayır. "Prezidentimiz belə uyğun gördü. Biz onun qərarına hörmətlə yanaşırıq. Təbii ki, siyasətdə belə hallar gözləniləndir. Bir ölkənin üzləşə biləcəyi müxtəlif çətinliklər və məsələlər, xüsusilə də Azərbaycanla olan kritik münasibətlərimiz nəzərə alındıqda, müəyyən qərarların verilməsi həm təbii, həm də normaldır. Bizim üçün ən vacib məqam ölkəmizin öz yolunda irəliləməyə davam etməsidir", - deyə o bildirib. Keçmiş müşavir əlavə edib ki, işdən azad olunması barədə xəbəri şənbə günü alıb və bunu tam sakitliklə qəbul edib: "Gedib əfvimizi istəmək üçün cənab baş katibimizlə görüşəcəyik".
Mənbə
oxu.az