Digər
Qarabağ savaşı - Hərb tarixini dəyişən əməliyyat beynəlxalq ekspertlərin gündəmində - Foto
Amerikalı hərbi analitik Con Spenser Liam Kollinzlə birlikdə hazırladığı "The War for Karabakh: Strategy, Technology and Victory" ("Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə") adlı kitabın bu həftə oxuculara təqdim olunacağını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə Con Spenser sosial şəbəkə hesabında məlumat yayıb. "Azərbaycanla Ermənistan arasındakı 2020-ci il Qarabağ müharibəsindən bəhs edən (1990-cı illər və 2023-cü il hadisələrini də araşdırırıq) kitabımız bu həftə oxuculara təqdim olunur. Səkkizdən çox tədqiqat səfərini əhatə edən, hər bir döyüş meydanını həmin əməliyyatların komandirləri və veteranları ilə birlikdə gəzdiyimiz ən nəhəng layihələrimizdən biridir. Strateji və taktiki uzlaşmadan başlayaraq hərb elminin ənənəvi və müasir tələblərinə qədər müharibədə qalib gəlmək üçün zəruri olan əsas dərslər təhlil edilir", - deyə Spenser məlumat verib. Qeyd edək ki, hərbi analitik Azərbaycanın möhtəşəm zəfəri ilə yekunlaşan Qarabağ müharibəsini ən mühüm nəticələrə malik silahlı münaqişələrdən biri kimi təqdim edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az