Dünya
Paşinyan: "Üçbaşlı müharibə partiyası" artıq darmadağın edilib"
"Üçbaşlı müharibə partiyası" artıq darmadağın edilib və bu reallıq yerli özünüidarəetmə orqanlarına keçirilən seçkidə öz əksini tapıb". Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində canlı yayım vasitəsilə müraciət edərkən bildirib. Hökumət başçısı vurğulayıb ki, Ermənistanda kənardan idarə edilən casus müxalifətinin kökü tamamilə kəsilməlidir: "Ölkəmizdə tamamilə yeni, dövlət maraqlarına xidmət edən müxalifət yaranmalıdır, lakin bu siyasi qüvvənin formalaşması prosesi hökumət tərəfindən həyata keçirilməməlidir". Baş nazirin sözlərinə görə, ölkədə yeni müxalifət cəbhəsinin qurulması məsələsi ətrafında mütləq şəkildə geniş ictimai dinləmələrin təşkil olunmasına ehtiyac var.
Mənbə
oxu.az