Dünya
Yaponiyanın məşhur siyasətçisi öldü
Yaponiyanın sabiq baş naziri Yasuo Fukuda 90 yaşında ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Fukuda 2007-ci ilin sentyabrından 2008-ci ilin sentyabrına qədər hökumətə rəhbərlik edib. O, siyasi fəaliyyətinə 1970-ci illərdə, baş nazir vəzifəsini tutan atası Takeo Fukudanın katibi olmaqla başlayıb. Hökumət başçısı postuna gəlməzdən əvvəl o, dörd il (2000-2004-cü illərdə) baş nazirlər - Yoşiro Mori və Cuniçiro Koidzuminin dövründə Nazirlər Kabinetinin baş katibi, yəni hökumətdə faktiki olaraq ikinci şəxsin vəzifəsini icra edib. Xarici siyasətdə sülhpərvər mövqeyi ilə seçilən keçmiş hökumət başçısı Asiya ölkələri, xüsusilə də Çinlə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edirdi. Ailənin siyasi sülaləsinin davamçısı isə Yasuo Fukudanın oğlu, hakim Liberal Demokrat Partiyasından olan parlament deputatı Tatsuo Fukudadır.
Mənbə
oxu.az