Siyasət

Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək

26 Oct 2026, 12:54 3 baxış
Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək
"2024-cü ildəki təcrübəmizə əsaslanaraq, bu il keçirilən forumun yekununda müzakirə etdiyimiz məsələləri və gələcək fəaliyyət istiqamətlərini əks etdirən "Bakı Bəyannaməsi" adlı yekun sənəd qəbul ediləcək". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu ildən etibarən forumun öz katibliyi fəaliyyət göstərəcək: "Katiblik forumlar arasında keçirilən dövrdə müvafiq fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər