İdman
İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"ya qarşı
Bu gün Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisi baş tutacaq. Oxu.Az xəbər verir ki, "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək. Oyunu FIFA referisi Atilla Karaoğlan idarə edəcək. Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 19 xalla ikinci, "Fənərbağça" isə 16 xalla üçüncüdür.
Mənbə
oxu.az