İdman

Azərbaycan millisi dünya çempionatında bu gün iki oyun keçirəcək

26 Oct 2026, 09:47 23 baxış
Azərbaycan millisi dünya çempionatında bu gün iki oyun keçirəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Azərbaycan millisi bu gün iki oyuna çıxacaq. Oxu.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv əvvəlcə İsrail seçməsi ilə üz-üzə gələcək. Saat 11:30-da başlayacaq qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək. Millimiz günün son matçında isə Haiti yığması ilə qarşılaşacaq. Görüş saat 18:15-də start götürəcək və eyni meydançada baş tutacaq. Qeyd edək ki, AF qrupunda mübarizə aparan Azərbaycan millisi üç oyundan sonra 6 xal toplayıb. Komandamız Haiti seçməsi ilə 2-3-cü yerləri bölüşür. FIFA U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər