İdman

"Real Madrid" səfərdə "Barselona"nı məğlub etdi - Video

26 Oct 2026, 02:06 24 baxış
"Real Madrid" səfərdə "Barselona"nı məğlub etdi - Video
İspaniya La Liqasının X turunda "Barselona" və "Real Madrid" futbol komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, "Real Madrid" klubu səfərdə "Barselona"nı 1:2 hesabı ilə məğlub edib.

"Spotify Kamp Nou" stadionunda keçirilən qarşılaşmada hesabı 41-ci dəqiqədə Kilian Mbappe açıb. "Barselona"nın futbolçusu Rafinya 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Mbappe isə 88-ci dəqiqədə ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb. İspaniya çempionatında 10 oyundan sonra "Barselona" 27 xalla turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə 24 xalla üçüncü pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər