İdman

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu - Video

25 Oct 2026, 20:16 5 baxış
"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu - Video
İngiltərə Premyer Liqasının VIII turunda "Mançester Yunayted" doğma meydanda "Bornmut"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, oktyabrın 25-də Mançesterdəki "Old Trafford" stadionunda keçirilən görüş qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanı 76 212 tamaşaçı izləyib. "Bornmut"un heyətində Rayan 38-ci, Markus Tavernye 43-cü, Evanilson isə 71-ci dəqiqədə fərqlənib. Səkkiz oyundan sonra yeddi xal toplayan "Mançester Yunayted" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Doqquz xalı olan "Bornmut" isə 13-cü yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər