Siyasət

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto

25 Oct 2026, 11:04 2 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Taiti) komandalarına dəstək aksiyası təşkil olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar. Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib. Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində keçirilir. Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində minə yaxın oyun baş tutacaq. Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.
{{gallery}}
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası baş tutub - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər