Cəmiyyət
Sumqayıtda su fontan vurdu: Ətrafı su basdı - Video
Sumqayıt şəhərində "Stansiya Sumqayıt" adlanan ərazidə su fontan vurub. Nəticədə ərazidəki yaşayış evlərinin həyətlərinə su dolub, sakinlər üçün çətin vəziyyət yaranıb. Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq idarənin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Mənbə
oxu.az