Digər
Rafət El Romanın azərbaycanlı nişanlısı kimdir? - Foto
Türkiyəli müğənni Rafət El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub.
Kult.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o, tibb bacısı kimi çalışır.
Cütlüyün 2020-ci ildə, pandemiya dövründə tanış olduğu iddia edilir.
Qeyd edək ki, Rafət daha əvvəl iki dəfə evli olub və üç övladı var.
Mənbə
axar.az