Cəmiyyət

İbad Hüseynov Gürcüstanda saxlanılmasından danışdı

24 Oct 2026, 23:18 2 baxış
İbad Hüseynov Gürcüstanda saxlanılmasından danışdı

Gürcüstanda saxlanılan Milli Qəhrəman İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.


“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, - o qeyd edib.


İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər