Kriminal

Sumqayıtda piyadaları vuran avtomobil yandı - Foto/Video

24 Oct 2026, 15:52 4 baxış
Sumqayıtda piyadaları vuran avtomobil yandı - Foto/Video
Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar. Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
{{gallery}}
Sumqayıtda piyadaları vuran avtomobil yandı - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər