Cəmiyyət
49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1977-ci il təvəllüdlü R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az