Cəmiyyət
Deputat oğlunun da qatıldığı dava və qətl - Cinayət işi başladı
Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.
Axar.az Report-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Qeyd edək ki, Bakının Əhmədli qəsəbəsində baş verən kütləvi dava nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Davada iştirak edənlərdən biri olan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Mənbə
axar.az