Bu ölkələrdən Azərbaycana turist axını artdı
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.
Almaniyadan gələn turistlərin sayı 17 529 (illik artım 13,8%), Böyük Britaniyadan 16 213 (+3,4%), İtaliyadan 9 670 (+4,7%), Fransadan 4 500 (+3,6%), İspaniyadan 4 468 (-7,6 %), Niderlanddan 4 189 (+8,7%), Portuqaliyadan 2 055 (+23,8%), Belçikadan 2 044 (+11,2%), Avstriyadan 2 026 (+5%), İsveçdən - 1 878 (+10,1%), İsveçrədən 1 630 (+11,7%), Yunanıstandan 1 291 (-15,5%), İrlandiyadan 1 132 (+2,4%), Norveçdən 972 (-3,4%), Danimarkadan 953 (+32,7%), Finlandiyadan 599 (+7,3%), Lüksemburqdan 260 (-15%), İslandiyadan 207 (+39,9%), Maltadan 176 (+6%), Andorradan 53 nəfər (+341,7%) təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin avqust ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-15 ölkə arasında Almaniya 14-cü (2 839 nəfər), Böyük Britaniya isə 15-ci (2 325) pillədə qərarlaşıb.
Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8% (1,72 milyon) azdır.
2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 5,28% artaraq 112 446 nəfərə çatıb.